Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycanda 2015-ci ildə 6 266 hüquqi şəxs (o cümlədən, nümayəndəlik və filiallar) yaradılıb. “Report” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, yeni hüquqi şəxslərin 53,8%-i Bakıda, 11,9%-i Aran, 10,8%-i Lənkəran, 8,1%-i Abşeron, 5,4%-i Gəncə-Qazax iqtisadi rayonlarında, qalanı isə digər bölgələrdə qeydiyyatdan keçib.
Bundan əlavə, ötən il ölkənin vergi orqanlarında 70 974 fiziki şəxs qeydiyyatdan keçib. Onlar daha çox Bakı, Aran, Gəncə-Qazax, Abşeron, Lənkəran, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb.