Azərbaycanda 6 kredit ittifaqının lisenziyası ləğv olunub - EKSKLÜZİV

Azərbaycanda 6 kredit ittifaqının lisenziyası ləğv olunub - EKSKLÜZİV Ölkədə kredit ittifaqlarının sayı 76-dan 70-ə düşüb
Maliyyə
22 May , 2018 14:37
Azərbaycanda 6 kredit ittifaqının lisenziyası ləğv olunub - EKSKLÜZİV
Report
0 : 00
0 : 00

Bakı. 22 may. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarı ilə Azərbaycanda fəaliyyət göstərən 6 kredit ittifaqının lisenziyası ləğv olunub.

“Report” xəbər verir ki, bunlar Lənkəran rayonundakı “AMB” və “Qala”, Beyləqan rayonundakı “Əlinəzərli”, İmişli rayonundakı “İlkin”, Naxçıvan şəhərindəki “Mey” və Gəncə şəhərindəki “Murad” kredit ittifaqlarıdır.

Son nəticədə ölkədə kredit ittifaqlarının sayı 76-dan 70-ə düşüb. 

Son xəbərlər

Orphus sistemi