Azərbaycanda 5 kredit ittifaqının rəhbəri dəyişib

Azərbaycanda 5 kredit ittifaqının rəhbəri dəyişib Bu, "Aqra", "İnci Kredo", "İqtisadi İmkanlar", "Prins" və "Tərəqqi" kredit ittifaqlarıdır
Maliyyə
15 Sentyabr , 2017 15:32
Azərbaycanda 5 kredit ittifaqının rəhbəri dəyişib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının 5-nin rəhbəri dəyişib.

“Report” xəbər verir ki, 2003-cü ildən Qazax rayonunda fəaliyyət göstərən və nizamnamə kapitalı 4 min manat olan “Aqra Kredit İttifaqı” MMC-nin rəhbəri Süleyman Yəhyayevin yerinə Aslan Mustafayev;

2011-ci ildən Xaçmaz rayonunda fəaliyyət göstərən və nizamnamə kapitalı 4 min manat olan “İnci Kredo Kredit İttifaqı” MMC-nin rəhbəri Ramazan Mütəllimovun yerinə İradə Ağayeva;

2013-cü ildən Astara rayonunda fəaliyyət göstərən və nizamnamə kapitalı 4 660 manat olan “İqtisadi İmkanlar Kredit İttifaqı” MMC-nin rəhbəri Ədalət Eminovun yerinə Malik Balakişiyev;

2011-ci ildən Bərdə rayonunda fəaliyyət göstərən və nizamnamə kapitalı 4 min manat olan “Prins Kredit İttifaqı” MMC-nin rəhbəri Vidadi İbrahimovun yerinə Bəxtiyar Şərifov;

2010-cu ildən Gəncə şəhərində fəaliyyət göstərən və nizamnamə kapitalı 4 400 manat olan “Tərəqqi Kredit İttifaqı” MMC-nin rəhbəri Ceyhun Həsənzadənin yerinə isə Xalid Quliyev təyin edilib. 

Son xəbərlər

Orphus sistemi