Azərbaycanda 222 hərbçiyə ev veriləcək

Azərbaycanda 222 hərbçiyə ev veriləcək Daha 304 hərbi qulluqçu isə mənzil növbəsinə qəbul olunub
Maliyyə
24 Sentyabr , 2016 09:34
Azərbaycanda 222 hərbçiyə ev veriləcək

Bakı. 24 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış komissiyanın ötən gün növbəti iclası keçirilib. 

Bu barədə “Report”a Maliyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, iclasda mənzil növbəsində olan, Silahlı Qüvvələrdə 20 il və daha çox xidmət etmiş 404 nəfərdən 222-nin mənzillə təmin edilməsinə dair qərar qəbul edilib, 304 hərbi qulluqçu mənzil növbəsinə qəbul olunub. 

Son xəbərlər

Orphus sistemi