Yuxarı

​Azərbaycanda 2016-cı il üçün ehtiyac meyarının həddi müəyyənləşdirilib

Ehtiyac meyarının həddi 105 manat məbləğində təsdiq edilib

Bakı. 7 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında qanunu imzalayıb. “Report” xəbər verir ki, sənədə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2016-cı il üçün ehtiyac meyarının həddi 105 manat məbləğində təsdiq edilib.

Bu qanun 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi