​Azərbaycanda iki bankın qiymətli kağızlarının ticarəti dayandırılıb

​Azərbaycanda iki bankın qiymətli kağızlarının ticarəti dayandırılıb Bu barədə qərarı Bakı Fond Birjasının Listinq Komitəsi qəbul edib
Maliyyə
23 İyul , 2016 13:32
​Azərbaycanda iki bankın qiymətli kağızlarının ticarəti dayandırılıb

Bakı. 23 iyul. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) lisenziyasını ləğv etdiyi 4 kommersiya bankından 2-nin qiymətli kağızlarının Bakı Fond Birjasında (BFB) ticarəti dayandırılıb. BFB-dən "Report"a verilən məlumata görə, söhbət "Dekabank" ASC və "Parabank" ASC-nin alternativ bazar seqmentində təklif olunan səhm və istiqrazlarından gedir.

BFB-nin listinq qaydalarına uyğun olaraq, qurumun Listinq Komitəsinin qərarı ilə sözü gedən emitentlərin listinqdə olan aşağıdakı qiymətli kağızlarının delistinq edilməsi qərara alınıb:

Dövlət qeydiyyat nömrəsi Qiymətli kağızın növü və forması Emitentin adı Bazar seqmenti
1 AZ1005005397 adi, adlı səhm “Dekabank” ASC Alternativ
2 AZ1001003800 adi, adlı səhm “Parabank” ASC Alternativ
3 AZ2003003806 faizli, təmin edilməmiş, adlı istiqraz “Parabank” ASC Alternativ
4 AZ2004003805 faizli, təmin edilməmiş, adlı istiqraz “Parabank” ASC Alternativ
5 AZ2005003804 faizli, təmin edilməmiş, adlı istiqraz “Parabank” ASC Alternativ

Delistinq qərarı bu qərarın açıqlanmasından iki ay sonra qüvvəyə miəcək. BFB həmçinin bəyan edib ki, lisenziyaları dayandırılmış “Kredobank” ASC və “Zaminbank” ASC-nin qiymətli kağızları BFB-də listinqdə mövcud deyil.

Son xəbərlər

Orphus sistemi