Azərbaycanda 2 bağlanmış banka məxsus avtomobillər hərracda satılıb

Azərbaycanda 2 bağlanmış banka məxsus avtomobillər hərracda satılıb Hərrac Respublika Xammal və Əmtəə Birjasında baş tutub
Maliyyə
20 Yanvar , 2018 11:32
Azərbaycanda 2 bağlanmış banka məxsus avtomobillər hərracda satılıb

Bakı. 20 yanvar. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu 2 banka məxsus 11 avtomobili açıq hərracda satıb.

“Report” Fonda istinadən xəbər verir ki, hərrac Respublika Xammal və Əmtəə Birjasında baş tutub.

“Bank Standard” QSC-nin balansında olan 1 ədəd “Mercedes-815” yük avtomobili, 1 ədəd “Fiat Doblo Cargo”, 3 ədəd “Mitsubishi Lancer”, 4 ədəd “Hyundai Accent” markalı minik avtomobilləri, eləcə də “Atrabank” ASC-nin balansında olan 1 ədəd “Mitsubishi Pajero”, 1 ədəd “Ford Focus” markalı minik avtomobilləri satılıb.

Son xəbərlər

Orphus sistemi