Bakı. 10 dekabr. REPORT.AZ/ Dekabrın 8-də Bakı Fond Birjasında (BFB) "Beyləqan Buzxana" ASC-nin səhmlərinin alqı-satqısı üzrə əqd bağlanılıb.
Bu barədə "Report" BFB-yə istinadən xəbər verir.
Məlumata görə, əqd müəssisənin 389 səhminin təkrar bazarda realizə edilməsini nəzərdə tutur. Qiymətli kağızların nominal dəyəri 1 manat olsa da, onlar 2 dəfə baha - 2 manata alınıb-satılıb.
Dekabrın 8-9-da isə BFB-də "Danaçı Məişət Maye Qaz” ASC-nin 152 səhmi üzrə təkrar sövdələşmə qeydə alınıb. Bu müəssisənin səhmləri nominal dəyərindən 20% çox - 0,3 manata realizə olunub.