Yuxarı

Azərbaycanda 174 SC-nin fəaliyyətində ciddi qanun pozuntuları aşkar olunub

Həmin səhmdar cəmiyyətlərinə qarşı 212,5 min manat inzibati cərimələr tətbiq edilib, 70 icrası məcburi göstəriş verilib

Bakı. 18 yanvar. REPORT.AZ/ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) ünvanına 2015-ci il ərzində 309 səhmdar cəmiyyəti ilə bağlı səhmdarların hüquqlarının pozulması barədə 358 şikayət ərizəsi və 27 müraciət daxil olub. "Report"un Komitəyə istinadən verdiyi xəbərə görə, şikayətlərin sayında illik 7% azalma qeydə alınıb.

Aparılmış araşdırmalar nəticəsində, səhmdar cəmiyyətlərinin 174-nün fəaliyyətində ciddi qanun pozuntuları aşkar olunub və həmin səhmdar cəmiyyətlərinə qarşı 212,5 min manat məbləğində inzibati cərimələr tətbiq edilib, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması haqqında 70 icrası məcburi göstəriş veriib.

Əvvəlki illə müqayisədə cərimələrin sayında 54%, cərimələrin cəmi məbləğində 55% azalma müaşhidə olunub.

QKDK-nin illik hesabatında bildirilir ki, ötən il “Azərlotereya” ASC-nin müraciətlərinə əsasən, 20 yeni lotereya oyunu qeydiyyata alınıb və bütövlükdə təşkilat tərəfindən keçirilən lotereyaların sayı 29-a çatıb. Dövr ərzində, müxtəlif müəssisələr tərəfindən ümumilikdə 87 stimullaşdırıcı lotereya keçirilib.

Hesabat dövründə lotereyaların təşkili və keçirilməsi sahəsində qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar 3 stimullaşdırıcı lotereya təşkilatçısı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilib. Qanunu pozanlar 24 min manat məbləğində cərimə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi