Azərbaycanda 12 kredit ittifaqının lisenziyası ləğv olunub

Azərbaycanda 12 kredit ittifaqının lisenziyası ləğv olunub Maliyyə qurumları hesabatlıq qaydalarına riayət etməyib, kənar audit aparmayıb
Maliyyə
6 Yanvar , 2017 14:54
Azərbaycanda 12 kredit ittifaqının lisenziyası ləğv olunub

Bakı. 6 yanvar. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının qərarı ilə "Arzu Kredit İttifaqı”, “Azəriinvest Kredit İttifaqı”, “Cənub Kredit İttifaqı”, “Ceyhun Kredit İttifaqı”, “Compass Kredit İttifaqı”, “F.A.S. Kredit İttifaqı”, “Həkəri Kredit İttifaqı”, “Kredo-İnvest Kredit İttifaqı”, “Real Kredit İttifaqı”, “Tərəkəmə Kredit İttifaqı”, “Tural Kredit İttifaqı” və “Yardımlı Kredit İttifaqı”nın fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib. 

Bu barədə “Report”a MBNP-dan bildirilib.

Məlumata görə, lisenziyaların ləğv edilməsinə səbəb, sözügedən kredit ittifaqları tərəfindən hesabatlıq qaydalarına riayət olunmaması, habelə bu təşkilatlar üzrə 2015-ci il üçün kənar auditin aparılmaması faktları olub.

MBNP "Kredit ittifaqına bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”nın 4.4.4-cü və Palatanın Nizamnaməsinin 5.3.20-ci yarımbəndlərini rəhbər tutaraq sözügedən kredit ittifaqlarının fəaliyyətinə verilmiş lisenziyaları ləğv edib.

Son xəbərlər

Orphus sistemi