Azərbaycanda 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN oldu

Azərbaycanda 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN oldu Mərkəzi Bank müəyyən edilmiş dəhliz çərçivəsində valyuta bazarında iştirakını davam etdirəcək.
Maliyyə
21 Fevral , 2015 11:17
Azərbaycanda 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN oldu

Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı bəyanat yayıb.

"Report"un məlumatına görə, sənəddə bildirilir ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində müəyyən edilib.

Bəyanatda qeyd olunur ki, bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib

"Manatın məzənnəsinin korreksiyası həmçinin xarici ticarət tərəfdaşımız olan əksər ölkələrin milli valyutalarının son dövrlərdə əhəmiyyətli ucuzlaşmasının milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərini neytrallaşdırmağa yönəlib. Mərkəzi Bank müəyyən edilmiş dəhliz çərçivəsində valyuta bazarında iştirakını davam etdirəcək", - sənəddə deyilir.

Mərkəzi Bankın bu günə olan rəsmi məzənnəsinə əsasən, 1 avro isə 1,1950 manat səviyyəsində müəyyənləşib.

Son xəbərlər

Orphus sistemi