Azərbaycana pul köçürmələri son iki ildə 55% azalıb

Azərbaycana pul köçürmələri son iki ildə 55% azalıb Bunun səbəbi əsas tərəfdaş olan ölkələrdə iqtisadi aktivliyin zəifləməsi ilə bağlıdır
Maliyyə
16 Fevral , 2017 09:27
Azərbaycana pul köçürmələri son iki ildə 55% azalıb

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycana ötən il ərzində xaricdən daxil olan pul baratlarının həcmi 2015-ci illə müqayisədə 34,57%, 2014-cü ilə nisbətən isə 54,71% azalıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının ötən ilin yekununa dair Pul siyasəti İcmalında bildirilib.

İcmala əsasən, 2016-cı ildə ölkəyə xaricdən 774 mln. ABŞ dolları məbləğində pul köçürmələri həyata keçirilib. Bu rəqəm 2015-ci ildə 1,183 mlrd. dollar, 2014-cü ildə isə 1,709 mlrd. dollar təşkil edib.

Pul baratlarının azalması Azərbaycanla iqtisadi tərəfdaş olan ölkələrdə yaranmış vəziyyətlə izah edilir.

Son xəbərlər

Orphus sistemi