Yuxarı
    Bağlamaq

    Azərbaycana pul köçürmələri son iki ildə 49% azalıb

    Bunun səbəbi əsas tərəfdaş olan ölkələrdə iqtisadi aktivliyin zəifləməsidir

    Bakı. 14 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 34,7%, 2014-cü ilin ilk 3 rübünə nisbətən isə 49,4% azalıb.

    "Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 9 aylıq pul siyasəti icmalında bildirilib.

    İcmala əsasən, 2016-cı ilin ilk 9 ayı ərzində ölkəyə xaricdən 586 mln. ABŞ dolları məbləğində pul köçürmələri olub. Bu rəqəm 2015-ci ilin ilk 9 ayında 897 mln. dollar, 2014-cü ilin ilk 9 ayında isə 1,159 mlrd. dollar təşkil edib.

    Pul baratlarının azalması Azərbaycanla başlıca tərəfdaş ölkələrdə iqtisadi aktivliyin zəif olması ilə izah edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi