Azərbaycana pul köçürmələri kəskin artıb

Azərbaycana pul köçürmələri kəskin artıb Cari ilin birinci yarısında ölkəyə 459 mln. manat pul baratı daxil olub
Maliyyə
4 Avqust , 2017 18:12
Azərbaycana pul köçürmələri kəskin artıb

Bakı. 4 avqust.REPORT.AZ/ Bu ilin I yarısında Azərbaycana daxil olan pul baratlarının həcmi illik müqayisədə 58,3% artaraq 459 mln. ABŞ dolları təşkil edib. 

Bu barədə “Report” Azərbaycan Mərkəzi Bankının yanvar-iyun ayları üzrə Pul Siyasəti İcmalına istinadən xəbər verir.

İcmalda deyilir ki, hesabat dövründə iqtisadi tərəfdaş ölkələrində yaranmış vəziyyət qeyri-neft ixracı ilə yanaşı ölkəyə daxil olan pul baratlarının dinamikasına da təsir edib. 

Onu da qeyd edək ki, 2016-cı ilin I yarısında ölkəyə daxil olan pul baratlarının həcmi 2015-ci ilin eyni dövrü ilə müqayisədə 46,9% azalaraq 290 mln. dollar təşkil edib. 

Son xəbərlər

Orphus sistemi