Yuxarı
    Bağlamaq

    Azərbaycana investisiya qoyuluşu 30%-dən çox azalıb

    Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 32,4%-ni təşkil edib

    Bakı. 18 mart. REPORT.AZ/ Cari ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 834,9 mln. manat vəsait yönəldilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,1% azalma deməkdir.

    "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, cəmi sərmayənin 1 591,6 mln. manatı və ya 86,7 %-i məhsul istehsalı obyektlərinin, 142,0 mln. manatı (7,8%-i) xidmət sahələri üzrə obyektlərin, 101,3 mln. manatı (5,5 %-i) isə ümumi sahəsi 269,5 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

    Ümumi sərmayənin 13,0%-i dövlət, 87,0%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 72,6%-i tikinti-quraşdırma işlərinə sərf edilib.

    Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 32,4%-ni təşkil edib.

    Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 1587,5 mln. manat, bank kreditləri 105,4 mln. manat, büdcə vəsaitləri 63,0 mln. manat, büdcədənkənar fondların vəsaitləri 15,7 mln. manat, əhalinin şəxsi vəsaitləri 61,7 mln. manat, sair vəsaitlər 1,6 mln. manat təşkil edib.

    2016-cı ilin yanvar-fevral aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 78,3%-i sənayeyə, 13,1 %-i tikinti, 4,8 %-i nəqliyyat və anbar təsərrüfatı sahələrinə, 1,1 %-i dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat, 0,9 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 0,4 %-i informasiya və rabitə, hər birində 0,3 % olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, inzibati və yardımçı xidmətlərin göstərilməsi, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,2%-i ticarət, hər birində 0,1 % olmaqla təhsil, peşə, elmi və texniki fəaliyyət sahələrinə, digər sahələrdə xidmətlərin göstərilməsinə sərf edilib.

    2016-cı ilin yanvar-fevral aylarında neft sektoruna 1 392,0 mln. manat dəyərində vəsait yönəldilib. Qeyri-neft sektorunun inkişafına sərf edilmiş 442,9 mln. manatlıq vəsaitin 44,6 mln. manatı qeyri-neft sənayesi sektorunda istifadə edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi