Yuxarı
    Bağlamaq

    Dünya bazarında qızıl bahalaşıb, avro ucuzlaşıb

    Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1372 (-0,4%) təşkil edib

    Bakı. 19 fevral.REPORT.AZ/ Fevralın 18-də Amerika fond bazarında Dow Jones indeksində 0,10% azalma müşahidə edilib və 18 029,85 bənd təşkil edib. S&P 500 0,03% azalaraq 2 099,68 bənd, Nasdaq isə 0,11% artaraq 4 906,36 bənd olub.
    "Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 6 898,05 bənd, Almaniya DAX-ı 0,60% bahalaşaraq 10 961,00 bənd, Fransa CAC-40-ı isə 0,95% artaraq 4 799,03 bənd təşkil edib.
    Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,61% bahalaşaraq 1 215,70 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1372 (-0,4%) təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi