Azərbaycan zəlzələdən əziyyət çəkmiş İndoneziyaya 50 min dollar yardım edib

Azərbaycan zəlzələdən əziyyət çəkmiş İndoneziyaya 50 min dollar yardım edib Bakı. 8 noyabr. REPORT.AZ/ Azərbaycan zəlzələdən əziyyət çəkmiş İndoneziyaya 50 min dollar yardım edib.
Maliyyə
8 Noyabr , 2018 22:01
Azərbaycan zəlzələdən əziyyət çəkmiş İndoneziyaya 50 min dollar yardım edib

Bakı. 8 noyabr. REPORT.AZ/ Azərbaycan zəlzələdən əziyyət çəkmiş İndoneziyaya 50 min dollar yardım edib.

Bü barədə "Report"a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, 28 sentyabr 2018-ci il tarixində İndoneziyanın Sulavesi adasında baş vermiş zəlzələnin törətdiyi fəsadların miqyasını nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, 50 min ABŞ dolları məbləğində vəsait humanitar məqsədlə İndoneziya tərəfinə təqdim edilib. Yardımı qəbul edən məsul qurum Fəlakətlərin Aradan Qaldırılması Milli Agentliyi göstərilmiş humanitar dəstəyə görə, Azərbaycan xalqına və rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, bu, Azərbaycanın İndoneziyaya cari il ərzində sayca ikinci humanitar yardımıdır.

Son xəbərlər

Orphus sistemi