Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan İcbari Sığorta Bürosu (İSB) "Yaşıl Kart" sisteminin “Bürolar Şurasının keçici statuslu üzvlərinə qarşı maliyyə təminatı tələbləri”ni təmin edib. Bu barədə "Report"a İSB-dən məlumat verilib.
Məlumata görə, müəyyən edilmiş 5 mln. avro məbləğində bank zəmanəti, həmçinin təkrarsığorta proqramı Bürolar Şurasına təqdim edilib və Şura tərəfindən qəbul olunub.
Qeyd edək ki, hazırda İSB ilə "Yaşıl Kart" sisteminə daxil olan digər üzv dövlətlər arasında ikitərəfli sazişlərin imzalanması mərhələsinə start verilib.