​"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin xalis mənfəəti 2 dəfə artıb

​"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin xalis mənfəəti 2 dəfə artıb Şirkətin məcmu aktivləri ötən il 4% azalaraq 803,8 mln. manata enib
Maliyyə
6 İyun , 2016 15:17
​Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin xalis mənfəəti 2 dəfə artıb

Bakı. 6 iyun. REPORT.AZ/ "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin məcmu aktivləri 2016-cı ilin əvvəlinə 803,843 mln. manat təşkil edib. "Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2014-cü illə müqayisədə 30,967 mln. manat və yaxud 3,7% azdır.

Ötən il ərzində "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin cəmi kapitalı 79,031 mln. manat və yaxud 12,9% artaraq 693,37 mln. manat, cəmi öhdəlikləri isə 109,998 mln. manat və yaxud təxminən 2 dəfə azalaraq 110,473 mln. manat olub.

Hesabat ilində şirkətin gəlirləri 331,642 mln. manat, satışın maya dəyəri isə 224,459 mln. manat təşkil edib. Beləliklə, şirkətin ümumi mənfəəti 2014-cü ilə nisbətən 86,684 mln. manat və yaxud 5,2 dəfə çox olmaqla 107,183 mln. manat olub.

Ötən il "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" digər əməliyyatlardan 30,192 mln. manat, məzənnə fərqindən isə 4,864 mln. manat gəlir əldə edib. Şirkətin sosial xərcləri 2,975 mln. manat, ümumi və inzibati xərcləri 36,471 mln. manat, digər əməliyyat xərcləri 9,307 mln. manat, gəmilərin, əsas vəsaitlərin silinməsindən zərəri 575 min manat təşkil edib. Bununla da şirkətin əməliyyat fəaliyyətindən mənfəəti əvvəlki illə müqayisədə 78,65 mln. manat və yaxud 6,5 dəfə artaraq 92,911 mln. manata çatıb.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" maliyyə xərclərinə 2,145 mln. manat, mənfəət vergisinin ödənilməsinə isə 21,769 mln. manat yönəldib. Beləliklə, şirkət 2015-ci ili 68,997 mln. manat xalis mənfəətlə başa vurub. Bu da 2014-cü ilə nisbətən 34,981 mln. manat və yaxud təxminən 2 dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi