Azərbaycan xarici ölkələrin yük avtomobillərini yol vergisindən azad edib

Azərbaycan xarici ölkələrin yük avtomobillərini yol vergisindən azad edib Qərar bu ilin iyunun 1-dən qüvvəyə minəcək
Maliyyə
27 May , 2016 11:20
Azərbaycan xarici ölkələrin yük avtomobillərini yol vergisindən azad edib

Bakı. 27 may. REPORT.AZ/ Azərbaycan ərazisindən keçən xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri 2016-cı il iyunun 1-dən etibarən 3 il müddətinə yol vergisindən azad ediləcək. “Report” xəbər verir ki, bu, Vergi Məcəlləsində edilən son dəyişikliklərdə nəzərdə tutulub.

Qanuna görə, dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi son dəmiryolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda yol vergisi ödənilmir.

Həmçinin, xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda yol vergisindən azad edilir.

Son xəbərlər

Orphus sistemi