Azərbaycan gələn ilin büdcəsində xarici dövlətlərə kreditlər üçün 52 mln. manat proqnozlaşdırıb

Azərbaycan gələn ilin büdcəsində xarici dövlətlərə kreditlər üçün 52 mln. manat proqnozlaşdırıb 2017-ci ildə beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər üçün 20 mln. manat nəzərdə tutulub
Maliyyə
1 Oktyabr , 2016 16:53
Azərbaycan gələn ilin büdcəsində xarici dövlətlərə kreditlər üçün 52 mln. manat proqnozlaşdırıb

Bakı. 1 oktyabr. REPORT.AZ/ 2017-ci ilin büdcəsində xarici dövlətlərə verilən kreditlər üçün 52 mln. manat vəsait proqnozlaşdırılıb. "Report"  2017-ci ilin dövlət və icmal büdcə layihələrinə istinadən xəbər verir ki, beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri üçün 237 mln. manat, o cümlədən diplomatik xidmət orqanlarının və konsulluqlarının saxlanılması, onların maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı xərclər üçün 110 mln. manat, beynəlxalq maliyyə-kredit təşkilatlarının səhm kapitalında iştirakı üçün 55 mln. manat beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlər üçün 20 mln. manat nəzərdə tutulub.

Bundan başqa, 2017-ci ildə beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər üçün 20 mln. manat proqnozlaşdırlır ki, həmin vəsaitin 8 mln. manatını Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyəti ilə bağlı xərclər, 12 mln. manatını isə beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan tədbirlərin keçirilməsi ilə bağlı xərclər təşkil edəcək. 

Son xəbərlər

Orphus sistemi