​Azərbaycan vətəndaşlarından xaricdə əmlak almaq üçün icbari yığım tutulacaq

​Azərbaycan vətəndaşlarından xaricdə əmlak almaq üçün icbari yığım tutulacaq Xaricdə torpaq və qiymətli kağızların alınması üçün də icbari yığım ödəniləcək
Maliyyə
19 Yanvar , 2016 11:44
​Azərbaycan vətəndaşlarından xaricdə əmlak almaq üçün icbari yığım tutulacaq

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycanda "Valyuta tənzimi haqqında" qanuna nəzərdə tutulan dəyişikliklərə əsasən, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər birbaşa investisiya (gəlir əldə etmək və müəssisənin idarə edilməsində iştirak etmək hüququna malik olmaq məqsədilə müəssisənin nizamnamə kapitalına qoyulan sərmayə) əməliyyatı üzrə - əməliyyatın məbləğinin 20%-i miqdarında icbari yığımı tam məbləğdə dövlət büdcəsinə köçürməklə xaricə valyuta köçürə biləcəklər. Bu, bank və sığorta təşkilatlarına şamil edilmir.

"Report" xəbər verir ki, həmçinin rezident və qeyri-rezident fiziki və hüquqi şəxs tərəfindən qiymətli kağızların əldə edilməsi əməliyyatı üzrə - əməliyyatın məbləğinin 20%-i miqdarında icbari yığımı tam məbləğdə dövlət büdcəsinə köçürməklə Azərbaycandan kənara xarici valyuta köçürə bilər (bank və sığorta təşkilatlarına şamil edilmir).

Bundan başqa, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər torpaq və yerin təki də daxil olmaqla binalar, qurğular, eləcə də yerləşdiyi ölkənin qanunvericiliyi ilə daşınmaz əmlaka aid edilən digər əmlak üzərində mülkiyyət hüququnun, habelə daşınmaz əmlak üzərində başqa hüquqların əldə edilməsi əməliyyatın məbləğinin 20%-i miqdarında icbari yığımı tam məbləğdə dövlət büdcəsinə köçürməklə xaricə köçürə bilər.

Yəni, rezident və qeyri-rezident fiziki və hüquqi şəxs xaricdə hər hansı bir müəssisənin səhmlərini almaq istəyirsə ödəniləcək məbləğin 20%-ni icbari yığım kimi büdcəyə ödəməlidir. Bu qərar bank və sığorta şirkətlərinə şamil edilmir. Çünki, bank və sığorta şirkətləri, əsasən də ikincisi, sərbəst vəsaitləri xaricdə fond birjalarına investisiya edə bilər. Əmlak əldə edilməsi zamanı isə istisnalar tətbiq edilmir.

Son xəbərlər

Orphus sistemi