Azərbaycan vergitutmanın müxtəlif sahələri üzrə Böyük Britaniya ilə əməkdaşlıq etmək istəyir

Azərbaycan vergitutmanın müxtəlif sahələri üzrə Böyük Britaniya ilə əməkdaşlıq etmək istəyir Bakı. 16 fevral. REPORT.AZ/ Vergilər naziri Mikayıl Cabbarov Böyük Britaniyanın baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb. 
Maliyyə
16 Fevral , 2018 12:26
Azərbaycan vergitutmanın müxtəlif sahələri üzrə Böyük Britaniya ilə əməkdaşlıq etmək istəyir
Taxes.gov.az

Bakı. 16 fevral. REPORT.AZ/ Vergilər naziri Mikayıl Cabbarov Böyük Britaniyanın baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb. 

Bu barədə “Report”a Vergilər Nazirliyindən məlumat verilib.

Məlumata görə, görüşdə iki ölkə arasında mövcud iqtisadi əlaqələr, əməkdaşlıq perspektivləri, vergi sahəsində əlaqələrin genişləndirilməsi, investisiya mühiti kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nazir Birləşmiş Krallığın Gəlirlər və Gömrük Xidməti ilə ikitərəfli və çoxtərəfli müstəvidə səmərəli əməkdaşlığın mövcud olduğunu və rəhbərlik etdiyi qurumun bu əməkdaşlığın vergitutmanın müxtəlif sahələri üzrə davam etdirilməsində maraqlı olduğunu bildirib.

B.Nikolson Böyük Britaniya şirkətlərinin Azərbaycanın qeyri-neft sektoruna investisiyaları artırmasının, həmçinin kənd təsərrüfatı, turizm və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, həmçinin Azərbaycanda vergi inzibatçılığının təkmilləşdirilməsi və bu sahədə islahatların davam etdirilməsi baxımından hər iki ölkənin vergi qurumları arasında əlaqələrin genişləndirilməsinə daim dəstək verməyə hazır olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi