Azərbaycan və Türkiyənin ali audit qurumları arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Türkiyənin ali audit qurumları arasında əməkdaşlıq müzakirə olunub Bakıda iki qurum arasında formalaşmış sıx əməkdaşlığın gələcək istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb
Maliyyə
22 Dekabr , 2015 15:05
Azərbaycan və Türkiyənin ali audit qurumları arasında əməkdaşlıq müzakirə olunub

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Türkiyə Hesablama Palatasının sədri (Sayıştay başkanı) Recai Akyel ilə görüşüb.

"Report"un Hesablama Palatasına istinadən verdiyi xəbərə görə, V.Gülməmmədov R.Akyelə Palataya gəldiyi üçün təşəkkür edərək iki ölkənin ali audit qurumları arasında əməkdaşlığı yüksək qiymətləndirib. Daha sonra Azərbaycan və Türkiyə hesablama palataları arasında formalaşmış sıx əməkdaşlığın gələcək istiqamətləri ilə bağlı müzakirələr aparılıb.

Görüşdə Türkiyənin milli təhlükəsizlik qurumunun baş katibi Seyfullah Hacımüftüoğlu da iştirak edib.

Son xəbərlər

Orphus sistemi