Azərbaycan və Rusiya "Yaşıl Kart" sisteminə dair saziş imzalayıb

Azərbaycan və Rusiya "Yaşıl Kart" sisteminə dair saziş imzalayıb Saziş avqustun 1-dən qüvvəyə minir
Maliyyə
24 İyun , 2016 13:40
Azərbaycan və Rusiya Yaşıl Kart sisteminə dair saziş imzalayıb

Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycanla Rusiya arasında “Yaşıl Kart” beynəlxalq sığorta sistemi çərçivəsində əməkdaşlığa dair saziş imzalanıb. “Report” xəbər verir ki, bu barədə Bakıda keçirilən VII Azərbaycan Beynəlxalq Sığorta Forumu çərçivəsində təşkil olunmuş “Avtomobil sığortası” adlı seminarda Rusiyanın Yaşıl Kart Bürosunun icraçı direktoru Sergey Razuvan məlumat verib.

Onun sözlərinə görə, saziş ötən gün Bakıda imzalanıb. Sənədin şərtlərinə görə, avqustun 1-dən Azərbaycan vətəndaşları Rusiyada, Rusiya vətəndaşları isə Azərbaycanda törətdikləri sığorta hadisəsinə görə təzminat ala biləcəklər.

Son xəbərlər

Orphus sistemi