​Azərbaycan və Rusiya Hesablama palataları arasında saziş yenilənib

​Azərbaycan və Rusiya Hesablama palataları arasında saziş yenilənib ​Azərbaycan və Rusiya ali audit qurumları arasında əməkdaşlığın yeni mərhələsi başlayır
Maliyyə
25 İyun , 2015 13:18
​Azərbaycan və Rusiya Hesablama palataları arasında saziş yenilənib

Bakı. 25 iyun. REPORT.AZ/ Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Rusiya Hesablama Palatasının sədri Tatyana Qolikova ilə görüşüb. Görüşdə hər iki ali audit qurumu arasında qarşılıqlı əlaqələr müzakirə edilib.

"Report"un Hesablama Palatasına istinadən verdiyi xəbərə görə, 2002-ci ildə iki qurum arasında əməkdaşlıq haqqında sazişin imzalanmasından 13 ilə yaxın bir müddətin ötdüyü, bu dövr ərzində Azərbaycan və Rusiyanın sosial-iqtisadi sahədə dinamik surətdə inkişaf etdiyi, iki qonşu dövlət arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndiyi nəzərə alınaraq saziş yenilənib, hər iki qurumun rəhbəri tərəfindən imzalanıb.

Görüşdə qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığın qurulması istiqamətində atılacaq növbəti addımlar müzakirə olunub. V.Gülməmmədov iki qurum arasındakı mövcud əməkdaşlığın əhəmiyyyətindən və inkişaf perspektivlərindən danışıb. T.Qolikova münasibətlərin yeni mərhələsinin başladığını bildirib. 

Son xəbərlər

Orphus sistemi