Azərbaycan və Polşa arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan və Polşa arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub Azərbaycan Hesablama Palatasının sədri Polşada səfərdə olub
Maliyyə
8 İyul , 2016 18:29
Azərbaycan və Polşa arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı. 8 iyul. REPORT.AZ/ Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti Polşada səfərdə olub.

"Report"un Palataya istinadən verdiyi xəbərə görə, Polşanın Ali Audit Qurumu olan Milli Nəzarət Palatasının prezidenti Kristof Kviatkovski ilə görüşdə hər iki qurumun gələcək fəaliyyəti perspektivləri, qarşılıqlı əməkdaşlıq istiqamətləri, eyni zamanda təcrübənin mübadiləsinin təşkili ilə bağlı məsələlər müzakirə edilib.

Səfər çərçivəsində V.Gülməmmədov həmçinin MNP-in Krakov regional bölməsinin rəhbəri ilə də görüşüb, bölmənin fəaliyyəti ilə tanış olub, nəzarət fəaliyyətinin yerlərdə təşkili ilə bağlı müzakirələr aparıb.    

Son xəbərlər

Orphus sistemi