Yuxarı

Azərbaycan və Koreya kapital bazarı sahəsində əlaqələri möhkəmləndirir

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Koreyada müxtəlif görüşlər keçirəcək

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlının rəhbərliyi ilə geniş nümayəndə heyəti Koreyaya işgüzar səfərə gedib.

"Report"un Komitəyə istinadən verdiyi xəbərə görə, səfərin məqsədi Koreya qiymətli kağızlar bazarının inkişaf və tənzimlənmə təcrübəsi ilə tanışlıq, eləcə də kapital bazarı sahəsində ikitərəfli əlaqələri möhkəmləndirməkdən ibarətdir. Eyni zamanda QKDK ilə Koreya Birjası arasında “Kapital bazarlarının müasirləşdirilməsi Layihəsi" çərçivəsində “Kapital bazarı infrastrukturunun müasirləşdirilməsi və avtomatlaşdırılması" komponenti istiqamətində kapital bazarlarının informasiya sistemlərinin təchizatı və quraşdırılması üzrə əldə edilmiş təcrübə əsasında Azərbaycan kapital bazarında mükəmməl sistemin tətbiqinə töhfə verməkdir.

Martın 14-dək davam edəcək səfər çərçivəsində nümayəndə heyətinin Koreya Birjası, Maliyyə Xidməti Komissiyası, Koreya Maliyyə İnvestisiya Assosiasiyasının fəaliyyəti ilə yaxından tanışlıq, sözügedən maliyyə təsisatlarının rəhbərləri ilə görüşləri, həmçinin Koreya Milli Assambleyasının üzvləri ilə ikitərəfli əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə və informasiya mübadiləsi məsələlərinə dair müzakirələrin aparılması nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi