​Azərbaycan və Gürcüstan gömrük xidmətləri arasında əməkdaşlıq sənədi imzalanıb

​Azərbaycan və Gürcüstan gömrük xidmətləri arasında əməkdaşlıq sənədi imzalanıb Məqsəd iki ölkə arasında ticarətin asanlaşdırılmasına töhfə verməkdir
Maliyyə
24 Avqust , 2015 20:45
​Azərbaycan və Gürcüstan gömrük xidmətləri arasında əməkdaşlıq sənədi imzalanıb

Bakı. 24 avqust. REPORT.AZ/ Bu gün Tbilisi şəhərində, Gürcüstan Respublikası Maliyyə Nazirliyinin Gəlirlər Xidmətində Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin nümayəndə heyətlərinin görüşü keçirilib.

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan və Gürcüstan arasında iqtisadi, siyasi və mədəni əlaqələrin hazırkı durumu yüksək qiymətləndirilib, iqtisadi əlaqələrdə gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyü qeyd olunub. Görüş zamanı iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi və təcrübə mübadiləsinin ümumi işə faydasıvurğulanıb.

Sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Gürcüstan Respublikası Maliyyə Nazirliyinin Gəlirlər Xidməti arasında “Məlumat mübadilə sistemi üzrə texniki təminat sənədi” imzalanıb.

Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev və Gürcüstan Respublikası Maliyyə Nazirliyinin Gəlirlər Xidməti İnformasiya Texnologiyaları Mərkəzinin sədrinin müavini Givi Murvanidze imzalayıb.

Qeyd edək ki, Azərbaycan və Gürcüstan hökümətləri arasındakı “Gömrük işi üzrə inzibati yardım” müqaviləsinə əsasən imzalanan sənədin məqsədi iki ölkə arasında ticarətin asanlaşdırılmasına töhfə vermək, mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin həyata keçirilməsini təmin etməkdir. 

Son xəbərlər

Orphus sistemi