Yuxarı

Azərbaycan və EBRD əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib

Azərbaycan Mərkəzi Bankının sədri Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyətini qəbul edib

Bakı. 15 iyul. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) maliyyə institutları üzrə icraçı direktoru Nik Tesseymanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycanın maliyyə sektorunda EBRD-nin aktiv iştirakı və əməkdaşlığı, bank sisteminin davamlı inkişafı və sektorun üzləşdiyi çağırışlara dair fikir mübadiləsi aparılıb.

Azərbaycanın EBRD ilə əməkdaşlığına xüsusi önəm verərək, E.Rüstəmov ölkənin maliyyə çıxışlarının genişlənməsi, bank sektorunun qeyri-neft sektoruna dəstəyinin gücləndirilməsi və sektorun ümumilikdə daha da inkişaf etdirilməsi istiqamətində AYİB-lə əməkdaşlığın vacibliyindən danışıb. O qeyd edib ki, EBRD-nin Azərbaycan üzrə Ölkə Strategiyası ölkənin inkişaf prioritetlərini dəstəkləyir və birgə fəaliyyət üçün əməkdaşlıq spektrini daha da genişləndirir.

N.Tesseyman öz növbəsində Azərbaycanın regional hadisələr fonunda uğurlu inkişaf dinamikası nümayiş etdirdiyini vurğulayıb. O, EBRD-nin ölkənin inkişaf prioritetlərinə uyğun şəkildə Azərbaycanla sıx əməkdaşlığının davam etdirilməsində maraqlı olduğunu bildirib. 

Görüşdə həmçinin Mərkəzi Bank ilə AYİB arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektvləri və prioritet sahələr üzrə texniki yardım istiqamətləri kimi məsələlər də müzakirə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi