​Azərbaycan və Dünya Bankı danışıqlara başlayır

​Azərbaycan və Dünya Bankı danışıqlara başlayır Danışıqlar Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi layihəsi üzrə aparılacaq
Maliyyə
16 Fevral , 2016 17:13
​Azərbaycan və Dünya Bankı danışıqlara başlayır

Bakı. 16 fevral. REPORT.AZ/ Fevralın 22-də Azərbaycan hökuməti ilə Dünya Bankının (DB) nümayəndələri arasında Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi layihəsinin maliyyələşdirilməsi ilə bağlı danışıqların son mərhələsi başlayacaq. “Report”un əldə etdiyi məlumata görə, danışıqlar üçüncü magistral avtomobil yolu layihəsi (Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi) üçün 140 mln. ABŞ dolları dəyərində əlavə maliyyələşmə ilə bağlıdır.

Qeyd edək ki, DB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leşçenko jurnalistlərə açıqlamasında Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi üçün 140 mln. dollar həcmində kreditin ayrılması ilə bağlı ilkin razılığın əldə edildiyini və martın sonuna qədər vəsaitin Azərbaycana təqdim ediləcəyini deyib.

Son xəbərlər

Orphus sistemi