Azərbaycan və Britaniya kapital bazarlarında əməkdaşlıq imkanlarını araşdırır

Azərbaycan və Britaniya kapital bazarlarında əməkdaşlıq imkanlarını araşdırır Azərbaycan maliyyə sektorunun sağlamlaşdırılması istiqamətində B.Britaniyanın müvafiq dövlət qurumları ilə sıx əməkdaşlığa hazırdır
Maliyyə
7 İyun , 2016 14:42
Azərbaycan və Britaniya kapital bazarlarında əməkdaşlıq imkanlarını araşdırır

Bakı. 7 iyun. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Böyük Britaniyanın baş nazirinin ticarət məsələləri üzə elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report"un Palataya istinadən verdiyi xəbərə görə, ölkələr arasında münasibətlərə böyük önəm verdiklərini vurğulayan Baronessa Nikolson kapital bazarları və sığorta sahəsi üzrə həyata keçirilən inkişaf planlarını dəstəklədiklərini bildirib.

Görüşdə əsasən Azərbaycan-B.Britaniya ikitərəfli əlaqələri, dünya maliyyə bazarlarındakı vəziyyət, eləcə də Azərbaycan və B.Britaniya kapital bazarlarında qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.

Azərbaycan maliyyə sektorunun mövcud vəziyyəti və MBNP-nın ortamüddətli strategiyası barədə nümayəndə heyətinə məlumat verən R.Aslanlı maliyyə sektorunun sağlamlaşdırılması istiqamətində B.Britaniyanın müvafiq dövlət qurumları ilə sıx əməkdaşlığa hazır olduqlarını bildirib.

Son xəbərlər

Orphus sistemi