Yuxarı
    Bağlamaq

    Azərbaycan və Belarus əmtəə dövriyyəsini 700 mln. dollara çatdıracaq

    Bu, normadan iki dəfə çoxdur

    Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan və Belarus əmtəə dövriyyəsini 700 milyon dollar səviyyəsinə qaldırmağı planlaşdırır.

    "Report" "Belta"ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Bakıda Azərbaycanın dövlət başçısı İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında bildirib.

    "Əlbəttə, Hər şeyin əsası ticari-iqtisadi əməkdaşlıqdır. Biz gizlətmirik ki, son bir ildə dünya böhranı ilə əlaqədar bizim ticari-iqtisadi əməkdaşlığımızda geriləmə olub. Bu gün razılığa gəldik ki, - hətta rəqəmlər göstərildi, mən onları təxmini təkrarlayım, - gələn il biz əmtəə dövriyyəsinin həcmini 700 milyon dollara çatdıra bilərik. Bu isə ən əlverişli ildəkindən demək olar ki, iki dəfə çoxdur", - deyə Aleksandr Lukaşenko bildirib.

    Prezident qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq sahəsində xeyli istifadə olunmamış ehtiyatlar var.

    Xüsusilə, Belarus ən müasir müəssisələr quraraq, kənd təsərrüfatı sahəsində Azərbaycanla əməkdaşlığı inkişaf etdirməyə və bazarda daha çox mal ilə təmsil olunmağa hazırdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi