Azərbaycan valyuta konvertasiyasına xərclərini kəskin azaldıb

Azərbaycan valyuta konvertasiyasına xərclərini kəskin azaldıb Gələn il maliyyə sağlamlaşdırılması tədbirlərinə büdcədən 117 mln. manat ayrılacaq
Maliyyə
9 Dekabr , 2015 11:54
Azərbaycan valyuta konvertasiyasına xərclərini kəskin azaldıb

Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycanın 2016-ci il dövlət büdcəsində valyuta konvertasiyası əməliyyatlarına 4 mln. manat həcmində vəsaitin xərclənməsi nəzərdə tutulub. Bu da 2015-ci ilin analoji proqnozu ilə müqayisədə 2,8 dəfə və ya 7,113 mln. manat azdır.

"Report"un verdiyi xəbərə görə, bu barədə dövlət başçısının "Azərbaycan Respublikasının 2016-ci il dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə fərmanında bildirilir.

Həmçinin, təsdiqlənən 2016-cı il büdcəsində Azərbaycanın beynəlxalq kredit reytinqinin müəyyən olunması və digər işlərin qiymətləndirilməsi üçün ekspertlərin cəlb edilməsinə 2,951 mln. manatın xərclənməsi nəzərdə tutulub. Qeyd edək ki, bu da cari ilin proqnozu ilə eynidir.

Bundan başqa, büdcədə maliyyə sağlamlaşdırılması tədbirlərinə xərclər 0,1% və ya 120 min manat çoxdur. Belə ki, maliyyə sağlamlaşdırılması tədbirlərinə xərclər, o cümlədən nəzarət zərfi dövlətə məxsus olan müəssisələrin nizamnamə kapitalının artırılması, həmin müəssisələrin fəaliyyəti ilə əlaqədar zərərin ödənilməsi də daxil olmaqla bəzi öhdəliklərin tənzimlənməsi, təcrübə və tətbiqi tədqiqatlar və ekspertlərin cəlb edilməsinə gələn il üçün 117 mln. manat nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi