Azərbaycan valyuta ehtiyatlarını 15%-ə yaxın artırıb

Azərbaycan valyuta ehtiyatlarını 15%-ə yaxın artırıb Bu rəqəm aprelin 1-nə 43 139,7 mln. dollar təşkil edib
Maliyyə
18 Aprel , 2018 15:41
Azərbaycan valyuta ehtiyatlarını 15%-ə yaxın artırıb

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycanın valyuta ehtiyatları bu il aprelin 1-nə 43 139,7 mln. ABŞ dolları təşkil edib.

“Report” xəbər verir ki, bunun 87,23%-i və yaxud 37 631,7 mln. dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 12,77%-i və yaxud 5 508 mln. dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 1 998,6 mln. dollar və yaxud 4,86% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 1 825,2 mln. dollar və yaxud 5,1%, AMB-nin valyuta ehtiyatlarında isə 173,4 mln. dollar və yaxud 3,25% artım olub.

Son bir ildə isə ölkənin valyuta ehtiyatları 5 499,8 mln. dollar və yaxud 14,61% artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatlarında 4 424,5 mln. dollar və yaxud 13,32%, AMB-nin valyuta ehtiyatlarında isə 1 075,3 mln. dollar və yaxud 24,26% artım olub.

ARDNF-in
valyuta ehtiyatları
(mln. ABŞ dolları)
AMB-nin
valyuta ehtiyatları
(mln. ABŞ dolları)
Azərbaycanın
valyuta ehtiyatları
(mln. ABŞ dolları)
01.04.2018 37 631,7 5 508,0 43 139,7
01.01.2018 35 806,5 5 334,6 41 141,1
01.10.2017 36 020,0 5 167,5 41 187,5
01.07.2017 34 790,9 4 964,1 39 755,0
01.04.2017 33 207,2 4 432,7 37 639,9

Son xəbərlər

Orphus sistemi