Yuxarı

​“Azərbaycan üçün Öyrət” proqramı çərçivəsində növbəti təlimlər keçirilib

Ümumilikdə, 17 məktəbin əhatə olunduğu dərs və təlimlərdə 400-dən çox şagird iştirak edib

Bakı. 13 may. REPORT.AZ/ “Kapital Bank” ASC və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə “Azərbaycan üçün Öyrət” təhsil proqramı çərçivəsində Lənkəran, Quba, Şəki və Gəncədə ilk akademik dərslər və fərdi inkişaf təlimləri keçirilib. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

Ümumilikdə, 17 məktəbin əhatə olunduğu dərs və təlimlərdə 400-dən çox şagird iştirak edib.

Akademik dərslər zamanı şagirdlərin ingilis və Azərbaycan dili müəllimləri ilə ilkin tanışlığı baş tutub. Müəllimlər şagirdlərin mövcud biliklərini, mənimsəmə qabiliyyətini dəyərləndirmək üçün bir sıra mövzuları tədris edib və qrup oyunları keçiriblər.

Təlimlər "İxtisas seçimi" və "Oxumaq həvəsi" mövzuları üzrə tədris olunub. Təlimçilər həm şagirdləri bu mövzuların əsas anlayışlarıyla tanış edib, həm də şəxsi təcrübəsini onlarla bölüşüblər. Komanda oyunları təlimə xüsusi rəng qataraq şagirdlərə öyrəndiklərini dərk etməkdə yardımçı olub.

Qeyd edək ki, Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” ASC 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi