Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli ticarət dövriyyəsini 20 mlrd. dollara çatdırmaq niyyətindədir

Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli ticarət dövriyyəsini 20 mlrd. dollara çatdırmaq niyyətindədir İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan V biznes forumu keçirilib
Maliyyə
17 Fevral , 2017 23:44
Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli ticarət dövriyyəsini 20 mlrd. dollara çatdırmaq niyyətindədir

Tbilisi. 18 fevral. REPORT.AZ/ Türkiyə, Azərbaycan və Gürcüstan üçtərəfli ticarət dövriyyəsini 20 milyard dollar səviyyəsinə qaldırmaq niyyətindədir.

“Report”un Gürcüstan bürosu yerli mətbuata istinadən xəbər verir ki, bunu Türkiyənin iqtisadiyyat nazirinin müavini Fateh Mətin deyib.

Nazir müavini, üç ölkənin yaxın vaxtlarda bu məqsədə çatacağına ümidvar olduğunu bildirib.

Onun sözlərinə görə, hər üç ölkənin iş adamlarının görüşü iqtisadi, ticarət əlaqələrinin inkişafına yeni təkan verəcək. Bu həm də mədəni və sosial sahədə inkişafa xidmət edəcək.

Fateh Mətin bildirib ki, İstanbulda keçirilən Türkiyə-Azərbaycan-Gürcüstan V biznes forumun mövcud problemlərin aradan qalxmasında mühüm rol oynayaq.

Son xəbərlər

Orphus sistemi