Azərbaycan toksik bank aktivlərini ƏDV-dən azad edəcək

Azərbaycan toksik bank aktivlərini ƏDV-dən azad edəcək Bu, Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsində əks olunub
Maliyyə
14 Dekabr , 2016 12:55
Azərbaycan toksik bank aktivlərini ƏDV-dən azad edəcək

Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycanda ödəmə qabiliyyətini itirmiş kommersiya banklarında aparılan restruktizasiya və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilə bilər.

"Report"un verdyi xəbərə görə, bu barədə vegilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin bu gün keçirilən iclasında məlumat verib.

Qeyd edək ki, bu dəyişiklik Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsində nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi