Yuxarı

​Azərbaycan tədiyyə balansının ehtiyat aktivləri 4,6 mlrd. dollar azalıb

Report: Bu ilin II rübündə ehtiyat aktivlərinin mənfi saldosu azalacaq

Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycanın 2015-ci ilin I rüb üzrə tədiyyə balansına əsasən, ehtiyat aktivlərinin həcmi hesabat dövründə 4 590 mln. ABŞ dolları azalıb.

Azərbaycan Mərkəzi Bankından "Report"a verilən məlumata görə, bu ilin yanvar-mart aylarında cari əməliyyatlar və kapital hesabı üzrə 57,6 mln. dollarlıq müsbət saldo, maliyyə hesabı üzrə isə 4 363,9 mln. dollarlıq mənfi saldo qeydə alınıb. Qeyd edək ki, ehtiyat aktivlərinin azalmasında (4 590 mln. dollar) balanslaşdırıcı maddə 284,3 mln. dollara bərabər olub.

Qeyd edək ki, ehtiyat aktivlərində azalma 2014-cü ilin IV rübündən, yəni dünya neft bazarında qiymətlərin enməsindən sonra başlayıb və 1 193 mln. dollar təşkil edib. Bu ilin ilk rübündə isə aşağı neft qiymətləri ölkədən vəsait axını ilə birləşərək ehtiyat aktivlərini daha da azaldıb.

"Report"un analitikləri hesab edirlər ki, cari ilin II rübündə ehtiyat aktivlərinin mənfi saldosu nəzərəçarpacaq dərəcədə azalacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi