Azərbaycan Tbilisidə CAREC proqramı çərçivəsində keçirilən seminarda təmsil olunub

Azərbaycan Tbilisidə CAREC proqramı çərçivəsində keçirilən seminarda təmsil olunub Gürcüstanın paytaxtı Tbilisidə Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində seminar keçirilir.
Maliyyə
25 Mart , 2019 17:10
Azərbaycan Tbilisidə CAREC proqramı çərçivəsində keçirilən seminarda təmsil olunub

Gürcüstanın paytaxtı Tbilisidə Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində seminar keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, “Ticarətin sadələşdiriməsində sanitar və fitosanitar tədbirlərin dəstəklənməsi” mövzusuna həsr olunan tədbir Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti və Asiya İnkişaf Bankının dəstəyi ilə baş tutub.

Tədbirdə Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Çin, Tacikistan, Türkmənistan və Özbəkistandan olan nümayəndələr iştirak edirlər.

Gürcüstanın Gəlirlər Xidmətinin əməkdaşları seminarda sərhəd buraxılış məntəqələrində fitosanitar, sanitariya və baytarlıq nəzarəti sahəsində həyata keçirilən islahatlar və əldə olunan nailiyyətlər barədə təqdimatla çıxış ediblər.

Seminarın keçirilməsində məqsəd regionda ticarətin sadələşdirilməsi üzrə birgə konsepsiyanın hazırlanması və CAREC ölkələrini zərərvericilərin yayılmasından mühafizə etməkdir.

Layihə çərçivəsində seminar iştirakçıları martın 27-də Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Sınıq Körpü” gömrük sərhəd buraxılış məntəqəsinə baş çəkərək fitosanitar, sanitariya və baytarlıq nəzarəti prosedurları ilə yaxından tanış olacaqlar. 

Son xəbərlər

Orphus sistemi