​Azərbaycan strateji valyuta ehtiyatlarına görə TOP-20 ölkədən biridir

​Azərbaycan strateji valyuta ehtiyatlarına görə TOP-20 ölkədən biridir Elman Rüstəmov: "Azərbaycanın strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 70%-ə bərabərdir"
Maliyyə
18 Noyabr , 2014 11:35
​Azərbaycan strateji valyuta ehtiyatlarına görə TOP-20 ölkədən biridir

Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycanın strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 70%-ə bərabərdir. 

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bəyan edib: "Azərbaycan bu göstərici üzrə dünyanın 20 ölkəsindən biridir. Ölkənin strateji valyuta ehtiyatları 2014-cü ilin 9 ayında 3,5 mlrd. dollar artaraq təxminən 54 mlrd. dollara çatıb". 

Onun sözlərinə görə, ehtiyatlar 3 il ərzində ölkəni idxalla təmin edə biləcək.

Eyni zamanda Mərkəzi Bankın da valyuta ehtiyatları 6%-dən çox artaraq hazırda 15 mlrd. dollara yaxındır.

Son xəbərlər

Orphus sistemi