Azərbaycan strateji məhsullar üzrə vergi dərəcələrində differensiasiya tətbiq edə bilər

Azərbaycan strateji məhsullar üzrə vergi dərəcələrində differensiasiya tətbiq edə bilər İdarə rəisi: "Vergilər Nazirliyi yoxlamaları istənilən zaman bərpa edə bilər"
Maliyyə
18 Aprel , 2016 12:04
Azərbaycan strateji məhsullar üzrə vergi dərəcələrində differensiasiya tətbiq edə bilər

Bakı. 18 aprel. REPORT.AZ/ Vergilər Nazirliyi hökumət üzvləri ilə birlikdə Azərbaycan üçün strateji məhsulların siyahısını müəyyənləşdirib, vergilərin differensiasiyası məsələsinə baxa bilər. 

"Report"un verdiyi xəbərə görə, bu barədə Nazirliyin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva bildirib: "Vergilər Nazirliyi də beynəlxalq təcrübəni öyrənir, ayrı-ayrı dövlətlərdə vergi dərəcələrini araşdırır. Məlumat üçün bildirim ki, Avropa ölkələrində ƏDV-nin orta dərəcəsi 20%-dir. Ona görə də, bizdə hazırkı 18%-i bütün Avropa ilə müqayisə etsək, aşağı göstəricidir".

"Hazırda vergi dərəcələrində differensassiya var. Strateji məhsullar, qida sənayesi, uşaq geyimi məhsulları, kiçik sahibkarlığın istehsal etdiyi məhsullar üçün ƏDV-nin aşağı dərəcəsi müəyyən olunub. Təbii ki, Vergilər Nazirliyi də hazırdır ki, hökumət üzvləri ilə birlikdə məhz Azərbaycan üçün həmin strateji məhsulların siyahısını müəyyənləşdirib, differensasiya məsələsinə baxılsın. Həmin təşəbbüslər üzərində ciddi şəkildə işləməyə hazırıq", - deyə İdarə rəisi qeyd edib.

S.Musayeva bildirib ki, hazırda bir sıra yoxlamaları dayandıran Vegilər Nazirliyi ehtiyac olduğu təqdirdə onları istənilən zaman bərpa edə bilər.

"Vergilər Nazirliyi kollegiya qərarı ilə kiçik sahibkarlıqda və sadələşdirilmiş vergi ödəyicilərində müəyyən yoxlamalar - əmək müqaviləsinin bağlanmaması, lisenziyasız fəaliyyət, malların aksiz markası ilə markalanmasına nəzarətlə bağlı yoxlamalar istisna olmaqla, digər yoxlamaları müvəqqəti olaraq dayandırıb. İstənilən vaxt həmin sahədə hər hansı bir problem barədə siqnal daxil olarsa, həmin sahələri vergi nəzarəti tədbiri ilə əhatə edib yoxlaya biləcəyik", - deyə S.Musyeva əlavə edib.

Son xəbərlər

Orphus sistemi