Azərbaycan sığortaçıları Yaşıl Kart Sisteminin iclasında iştirak edib

Azərbaycan sığortaçıları Yaşıl Kart Sisteminin iclasında iştirak edib Yaşıl Kart sisteminin Cənub-Şərq Qrupuna 12 ölkə daxildir
Maliyyə
12 Oktyabr , 2015 11:27
Azərbaycan sığortaçıları Yaşıl Kart Sisteminin iclasında iştirak edib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Yaşıl Kart sisteminə üzv olan ölkələrin Cənub-Şərq Qrupunun 19-cu Regional İclası keçirilib. İcbari Sığorta Bürosu ilk dəfə olaraq Regional İclasda qonaq qismində iştirak edib.

"Report"un büroya istinadən verdiyi xəbərə görə, görüşdə, İcbari Sığorta Bürosunun İcraçı Direktoru Elxan Quliyev Azərbaycanın Yaşıl Kart sistemində iştirakı və Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta bazarındakı cari vəziyyəti ilə bağlı təqdimatla çıxış edib.

Qeyd edək ki, Yaşıl Kart sisteminin Cənub-Şərq Qrupuna 12 ölkə daxildir. Bunlara Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Kipr, Keçmiş Yuqoslaviya Makedoniya Respublikası, Yunanıstan, İran, İsrail, Moldova, Rumıniya, Serbiya və Türkiyə aiddir. İcbari Sığorta Bürosu Yaşıl Kart sisteminin maliyyə tələblərini təmin etdikdən sonra, 1 Yanvar 2016-cı il tarixindən Azərbaycan Cənub-Şərq Qrupuna daxil olacaq.

Son xəbərlər

Orphus sistemi