Yuxarı

Azərbaycan sığortaçıları DSMF-yə müraciət etməyə hazırlaşır

Azərbaycan sığortaçıları DSMF-yə müraciət etməyə hazırlaşır

310

Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) həyatın yaşam sığortası üzrə işçi qrupunun növbəti görüşü keçirilib. 

"Report"un ASA-ya istinadən verdiyi xəbərə görə, görüş qurumun sədri Mustafa Abbasbəylinin və həyat sığortası şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçirilib. 

Görüşdə “Sosial sığortalar haqqında” qanuna nəzərdə tutulmuş dəyişikliklə əlaqədar Dövlət Sosial Müdafiə Fonduna (DSMF)sığortaçılar tərəfindən müraciətin ünvanlanması məsələsi müzakirə edilib. Müraciətdə qeyd olunması zəruri hesab olunan hallar vurğulanıb, mövcud durumun sığortaçıları qane etməsi ilə yanaşı, bunun sığorta sektoruna verdiyi töhfələrdən bəhs edilməsinin məqsədəmüvafiq olduğu bildirilib. Bununla yanaşı, məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası və tələb olunduğu halda Milli Məclisə müraciət edilməsinə dair fikirlər səsləndirilib.

Qeyd edək ki, “Sosial sığortalar haqqında” qanuna əsasən, 3 ildən az olmayan müddətdə həyatın yığım sığortasına qoşulmuş vətəndaşlar məcburi dövlət sosial sığortalardan azaddır. DSMF həmin maddəyə düzəliş edilməsi üçün müvafiq addımlar atmaq niyyətindədir. Qeyd olunan məsələ ilə bağlı ASA-nın nəzdində işçi qrupu formalaşdırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi