​Azərbaycan Sığortaçılar Assosiasiyası genişləndiriləcək

​Azərbaycan Sığortaçılar Assosiasiyası genişləndiriləcək Assosiasiyada 5 yeni şöbənin yaradılması nəzərdə tutulub
Maliyyə
16 Sentyabr , 2015 11:25
​Azərbaycan Sığortaçılar Assosiasiyası genişləndiriləcək

Bakı. 16 sentyabr. REPORT.AZ/ Gələn ildən Azərbaycan Sığortaçılar Assosaasiyasının (ASA) genişlənməsinə başlanılacaq. "Report" xəbər verir ki, bu barədə ASA sədri Orxan Bayramov məlumat verib.

O.Bayramov bildirib ki, yeni ildən Assosiasiyada 5 şöbənin yaradılması, həmçinin qurumun fəaliyyətinin konkretləşdirilməsi nəzərdə tutulub.

Bu, texniki, təşkilati, tədris, maarifləndirmə və beynəlxalq əlaqələr şöbələri olacaq. Onun sözlərinə hörə, hazırda beynəlxalq əlaqələrlə bağlı mövcud potensialın cəmi 30-40%-dən istifadə olunur. ASA sədri həmçinin mərkəzləşdirilmiş maarifləndirmə tədbirlərinə başlayacaqlarını deyib.

Son xəbərlər

Orphus sistemi