Azərbaycanın sığorta bazarının 64%-i könüllü formalaşıb

Azərbaycanın sığorta bazarının 64%-i könüllü formalaşıb Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası məlumat yayıb
Maliyyə
20 Sentyabr , 2016 15:37
Azərbaycanın sığorta bazarının 64%-i könüllü formalaşıb

Bakı. 20 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 63,6%-i və yaxud 226,6 mln. manatı könüllü sığorta növlərinin payına düşüb. 

Bu barədə "Report"a Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib. 

Məlumata görə, bu 2015-ci ilin eyni dövrü ilə müqayisədə 16,8% çoxdur.

İcbari sığorta növlərində yığım isə 129,6 mln. manat və yaxud bazarın 36,4%-ni təşkil edib. 2015-ci ilin eyni dövrünə nisbətən Azərbaycanın icbari sığorta bazarı 9,1% böyüyüb.

Ümumi ödənişin 73%-i və yaxud 100,2 mln. manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığortada ödəniş ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,5% artıb.

İcbari sığorta növləri üzrə ödəniş isə 36,6 mln. manat və yaxud ümumi bazarın 26,8%-ni təşkil edib. Bu da ötən ilin eyni dövrünə nisbətən 27,6% çoxdur.

Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqının 44 manatı ödəniş edilib. Bu rəqəm 2015-ci ilin yanvar ayında 45,1 manat olub. İcbari sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 24,1 manatdan 28,2 manata qalxıb.

Son xəbərlər

Orphus sistemi