Azərbaycan sığorta bazarının 57%-i beş şirkətin payına düşür

Azərbaycan sığorta bazarının 57%-i beş şirkətin payına düşür ​Sığorta şirkətlərindən 15-də yığım, 17-də ödəniş artıb
Maliyyə
18 May , 2015 13:01
Azərbaycan sığorta bazarının 57%-i beş şirkətin payına düşür

Bakı. 18 may. REPORT.AZ/ Cari il yanvar-aprel aylarında daxilolmaların həcminə görə Azərbaycan sığorta bazarın lideri “PAŞA Sığorta” şirkəti olub. Şirkət bu ilin ilk 4 ayı ərzində 32,3 mln. manat sığorta haqqı toplayıb. "Report"un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov bugünkü tədbirdə bildirib.

"Sonrakı yerləri tutan “PAŞA Həyat Sığorta”nın yığımları 20,2 mln. manat, “Atəşgah Sığorta”nın yığımları isə 16,8 mln. manat olub. Sığorta yığımlarının məbləğinə görə ilk beşliyi “Atəşgah Həyat Sığorta” (14,7 mln. manat) və “Azsığorta” (11,3 mln. manat) şirkətləri tamamlayır. Ümumilikdə, bazarın 57,4%-i və ya 95,3 mln. manatı ilk beşlikdə təmsil olunan şirkətlərin payına düşür", - deyə O.Bayramov vurğulayıb..

Açıqlanan hesabata əsasən, yanvar-aprel aylarında ən az sığorta haqqı toplayanlar isə “Rəvan Sığorta” (662 min manat), “Başak İnam” (454 min manat), “Amrah Sığorta” (342 min manat), “Azərqarant” (101 min manat) və “Günay Sığorta” (37 min manat) şirkətləri olub. Bu şirkətlərin ümumi daxilolmaları 1,6 mln. manat olub və məcmu sığorta yığımlarının 2,8%-ni təşkil edib.

Ötən ilin noyabrında lisenziyası dayandırılmış “Era-Trans Sığorta” və praktiki olaraq fəaliyyətini dayandırmış “Çartis Azərbaycan” sığorta şirkətləri isə təbii olaraq sığorta haqqı toplamayıb.

Ümumilikdə, ölkədəki 27 sığorta şirkətindən 6-da sığorta haqlarının məbləği 10 mln. manatdan çox, 6 şirkətdə 5-10 mln. manat, 7 şirkətdə 1-5 mln. manat, 2 şirkətdə - 0,5-1 mln. manat, 6 şirkətdə isə 500 min manatdan aşağı olub. Şirkətlərdən 14-də sığorta haqlarının artımı, 13-də isə azalması baş verib.

Sığorta ödənişlərinin məbləğinə görə isə lider “Qala Həyat Sığorta” şirkətidir (11 mln. manat). Sonrakı yerləri “PAŞA Sığorta” (9,6 mln. manat), “Atəşgah Həyat Sığorta” (5,2 mln. manat), “Atəşgah Sığorta” (5,1 mln. manat) və “AXA-Mbask” (4,1 mln. manat) şirkətləri tutub. Ümumilikdə, ödənişlərin 60,3%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına düşür.

Ən az ödəniş edən şirkətlər isə “Era-Trans Sığorta” (71,7 min manat), “Günay Sığorta” (40,5 min manat), “İpək Yolu Sığorta” (14,2 min manat), “Çartis Azərbaycan” (13 min manat) və “Azərqarant” (1,3 min manat) olub. Bu şirkətlərin ümumi göstəricisi 140,6 min manat olub ki, bu da məcmu ödənişlərin 0,2%-ni təşkil edir.

Ümumilikdə, 27 sığorta şirkətindən 4-də ödənişlərin məbləği 5 mln. manatdan çox, 10-da 1-5 mln. manat, 5 şirkətdə 0,5-1 mln. manat, 3 şirkətdə 100-500 min manat, 5 şirkətdə isə 100 min manatdan aşağı olub. Şirkətlərdən 17-də sığorta ödənişlərinin artımı, 10-da isə azalması baş verib.

Son xəbərlər

Orphus sistemi