Azərbaycan sığorta bazarı 11% artıb

Azərbaycan sığorta bazarı 11% artıb Sığorta bazarının 67%-i könüllü, 33,3%-i icbari sığorta növlərinin payına düşüb
Maliyyə
16 May , 2015 15:02
Azərbaycan sığorta bazarı 11% artıb

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycan sığorta bazarı 11,1% artıb. Cari ilin yanvar-aprel ayları ərzində sığorta şirkətləri tərəfindən toplanan sığorta haqları ötən ilin eyni dövrü ilə müqayisədə 11,06% artaraq 166,0 mln. manata çatıb.

"Report"un Dövlət Sığorta Nəzarəti Xidmətinə istinadən verdiyi xəbərə görə, bu müddətdə sığorta şirkətləri tərəfindən ödənişlərdə də artım müşahidə edilib. Şirkətlər tərəfindən ödənişlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,4% artaraq cari ilin ayanvar-aprel ayları ərzində 58,1 mln. manata yüksəlib.

Sığorta haqlarının 66,7 % və ya 110,8 mln. manatı könüllü, 33,3 % və ya 55,2 mln. manatı icbari sığorta növlərinin payına düşüb. Hesabat dövründə icbari sığorta bazarında 3,97%, icbari sığortada isə 28,7% artım qeydə alınıb. Bu müddətdə könüllü sığorta növləri üzrə ödənişlər 39,98% artaraq cari ilin ilk dörd ayı ərzində 44,3 mln. manat, icbari sığorta növü üzrə 9,82% artaraq 13,8 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi