"Azərbaycan Sənaye Bankı" valyuta əməliyyatlarından 3 mln. manat zərər edib

"Azərbaycan Sənaye Bankı" valyuta əməliyyatlarından 3 mln. manat zərər edib Bank bu ilin birinci rübünü 2 mln. manat zərərlə başa vurub
Maliyyə
27 Aprel , 2015 10:32
Azərbaycan Sənaye Bankı valyuta əməliyyatlarından 3 mln. manat zərər edib

Bakı. 27 aprel. REPORT.AZ/ "Azərbaycan Sənaye Bankı" ASC bi ilin yanvar-mart aylarını 1,96 mln. manat zərərlə başa vurub.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, birinci rübdə Bankın gəlirləri 3,8 mln. manat, xərcləri 3,7 mln. manat təşkil edib. Nəticədə, bank 158,37 min manat mənfəət əldə edib. Lakin aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 2,1 mln. manat ayırılıb və nəticədə bankın xalis zərəri 1,96 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə ASB-nin gəlirləri 7,0 mln. manat, xərcləri 3,6 mln. manat, mənfəəti 3,4 mln. manat, xalis mənfəəti 402,5 min manat təşkil edib. Xatırladaq ki, ötən ilin müvafiq dövründə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar 10,9 mln. manat olub.

Hesabata əsasən, qeyri-faiz zərərinin əsasını məzənnə dəyişməsi daxil olmaqla valyuta əməliyyatlarından yaranan zərər təşkil edib. Belə ki, birinci rübdə bank ümumilikdə məzənnə dəyişməsi də daxil olmaqla valyuta əməliyyatlarından 2,959 mln. manat zərərə düşüb. Bildirək ki, ötən ilin müvafiq dövründə isə bu əməliyyatlardan əksinə, 208 min manat gəlir əldə edilib.

Hesabata görə, Bankın kredit faiz gəlirlərində isə artım müşahidə olunub. Belə ki, kreditlər üzrə faizlərdən gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,19% artaraq cari ilin I rübü ərzində 3,4 mln. manata çatıb.

Son xəbərlər

Orphus sistemi