“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 90% artıb

“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 90% artıb “Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB) cəmi aktivləri bu il aprelin 1-nə 903,669 milyon manat təşkil edib.
Maliyyə
18 Aprel , 2019 12:15
“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 90% artıb

“Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB) cəmi aktivləri bu il aprelin 1-nə 903,669 milyon manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 0,1% azdır.

ASB-nin aktivlərinin 288,577 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 9,3% böyüyüb.

Hesabat dövründə ASB-nin cəmi öhdəlikləri 0,6% azalaraq 808,002 milyon manat, o cümlədən depozit portfeli 8,3% artaraq 634,958 milyon manat, Bankın cəmi kapitalı isə 4,3% artaraq 95,667 milyon manat olub.

Bu ilin I rübündə ASB-nin faiz gəlirləri 6,3 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 2,8% çox), faiz xərcləri 3,17 milyon manat (yenə də 2,8% çox), qeyri-faiz gəlirləri 3,994 milyon manat (təxminən 2 dəfə çox), qeyri-faiz xərcləri 2,636 milyon manat (10,6% az), aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları 549 min manat (1 il bundan əvvəl ehtiyat yaratmayıb), mənfəət vergisi ödəmələri isə 731 min manat (84,9% çox) təşkil edib. Son nəticədə Bank rübü 3,208 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 89,9% çoxdur.

Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 mln. manatdır. Bankın səhmlərinin 98,4252%-i “Anadolu Investment Company” MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi